ABŞ-da 10 minə yaxın etirazçı saxlanılıb

ABŞ-da 10 minə yaxın etirazçı saxlanılıb

ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı etiraz aksiyalarının gedişində 9,8 mindən çox insan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
 
Maide.Az “Report”a istinadla xəbər verir ki, hazırda 9 813 etirazçı polis tərəfindən saxlanılaraq təcridxanalara aparılıb.
 
Qeyd olunub ki, təkcə Hyuston şəhərində 200, Los-Anceles şəhərində 2 500-dən çox, Nyu-York şəhərində isə 1 500 etirazçı həbs edilib.
 
Qeyd edək ki, qarışıqlıqlara səbəb polisin zorakılığı nəticəsində afroamerikalı Corc Floydu öldürməsidir. Kütləvi iğtişaşlar səbəbindən Vaşinqton və Nyu-York da daxil olmaqla, ölkənin təxminən 40 şəhərində komendant saatı tətbiq olunub.
 
Pentaqon ABŞ paytaxtının ətrafında 1,6 minə yaxın hərbçi yerləşdirildiyi barədə məlumat yayıb.
 

Google+ WhatsApp ok.ru