ABŞ-da aksiyaçılar: Seçkilər geriyə qayıdış idi

ABŞ-da aksiyaçılar: Seçkilər geriyə qayıdış idi

Amerikanın Nyu-York şəhərində siyasi sistem və irqçiliy əleyhinə etiraz edənlər bu ölkədə son prezident seçkilərinin geriyə atılan addım olduğunu bildirib.
 
Maide.Az xəbər verir ki, CNN telekanalının verdiyi məlumata görə, ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsinə qarşı etiraz aksiyası davam edir. 
Minlərlə adam Nyu-Yorkda birlik meydanından Tramp qülləsinədək 3 kilometrlik məsafəni yürüş edib. 
 
Nümayişçilərdən biri deyib: "Bu böyük hadisədir, mən durumu dəyişmək üçün nə etməli olduğunu bilmirəm, ancaq küçələrə axışaraq Trampın yaydığı nifrət, qəzəb və qorxunun ölkəmizdə özünü göstərməyəcəyindən əmin olmalıyıq". 
 
Nyu-York nümayişlərində iştirak edən yeniyetmə qız aksiyaçıların hansı müraciətə malik olduqları barədə deyib: "Biz bir yerə toplaşmışıq ki, bir cəmiyyətin üzvləri olaraq bir-birimizi dəstəkləyək, ona görə ki, bu böyük uduzmadır, bu seçkilər bizi geriyə atdı və dünyaya iddia etdiyimiz qədər inkişaf etmiş olmadığımızı göstərdi". 
 
 

Google+ WhatsApp ok.ru