ABŞ-da anomal soyuqlar, temperatur -25-ə düşüb 05 Yanvar 2018 02:00 Dünya -- 17 nəfər ölüb Qar ABŞ-ın şimal-şərqini cənginə alıb. ABŞ-ın Nyu-York şəhərində, Pensilvaniya və Nyu Cersi ştatlarında 25 santimetr qalınlığında yağan qar həddindən artıq buzlanmaya səbəb olub. Fırtınanın sürəti saatda 130 kilometrdir. Ölənlərin sayı isə 17-yə çatıb. Şimali Karolinadan Maine ştatına qədər 1500 kilometrlik bir sahədə yaşayan amerikalıların məcburiyyət qarşısında qalmadıqca çölə çıxmamaları ilə bağlı xəbərdarlıq edilib. Qar yağışları səbəbindən 4 min uçuş ləğv edilib, 77 min sərnişin isə aeroportda gözləməli olub. Minneapolis şəhərində havanın temperaturu mənfi 25 dərəcəyə kimi düşüb. Virciniya və Şimali Karolina ştatlarında 40 min insan elektrik enerjisiz qalıb. (qafqazinfo) Teqlər : #ABŞda anomal soyuqlar,#temperatur 25ə düşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kərbəlada Xanım Rüqəyyə adına uşaq bağçası açılıb Bəhreyn rejimi Şeyx Mahmud Alini həbs edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO