ABŞ-da baş verən atışmada ən azı 16 nəfər yaralanıb

ABŞ-ın Luiziyana ştatının New-Orlean şəhərində iki silahlı şəxsin yüzlərlə insana atəş açması nəticəsində ən azı 16 nəfər yaralanıb.
Maide.az-ın məlumatına görə, bazar günü gecə“Buni Frend” parkında baş verən bu atışmadan sonra ən azı 16 nəfər xəstəxanaya yerləşdirilib.
Yayılan xəbərlərə görə, atışma zamanı parkda 500-ə qədər insan, o cümlədən uşaqlar və yeniyetmələr olub.
İnsident nəticəsində bir neçə yeniyetmə yaralanaraq xəstəxanaya yerləşdirilib.
New-Orlean şəhər Polis İdarəsinin rəisi Maykl Herison bildirib ki, hal-hazırda bütün yaralılar barədə dəqiq məlumat verə bilmir, lakin indiyədək atışma nəticəsində ölənlər haqda məlumat daxil olmayıb.
Bu atışmadan daha əvvəl, şənbə günü Texas əyalətində baş vermiş atışma nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
ABŞ polisinin bildirdiyinə görə, Mesquite şəhərində bir restoranın qarşısında baş verən münaqişə bu atışmaya səbəb olub.
Qeyd edək ki, narkotik maddələrin qaçaqmalçılığı və silahın açıq satışda olması Amerika şəhərlərində zorakılığın baş verməsinin ən əsas amillərindən hesab olunur./
 

Google+ WhatsApp ok.ru