ABŞ-da etirazlar qarşıdurma yaratdı 11 Oktyabr 2014 01:00 Dünya Aksiyada iştirakçıları təhlükəsizlik qüvvələrini irqçilikdə ittiham edib Amerika Birləşmiş Ştatlarının (ABŞ) Sent Luis və Ferquson şəhərlərində son iki ayda polis tərəfindən ölüdürlən iki qaradərili gəncin xatirəsinə yürüşlər keçirilib. ANS PRESS-in məlumatına görə, Sent Luis şəhərində baş tutan aksiyada fəallar təhlükəsizlik qüvvələrini irqçilikdə ittiham edib, onlara qarşı şüarlar səsləndiriblər. Aksiya zamanı bir qrup fəal Amerika bayrağını yandırıb və polisə qarşı zorakı hərəkətlər nümayiş etdirib. Zorakılıq törədən iki nəfər həbs olunub. Məlumata görə, qarşıdurmalar zamanı bir polis əməkdaşı xəsarət alıb. İki gün öncə Sent Luis şəhərində 18 yaşlı qaradərili gəncin öldürülməsi ştatda gərginliyin yenidən artmasına səbəb olub. Qaradərili vətəndaşlar cinayətin irqi zəmində baş verdiyini iddia etsə də, polis gəncin əlində silah olduğunu məruzə edib. Teqlər : #ABŞda etirazlar qarşıdurma yaratdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nobel sülh mükafatını pakistanlı qız və hindistanlı hüquq müdafiəçisi aldı Mitinqdə izdiham: 7 ölü, 40 yaralı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO