ABŞ-da güclü qar yağışı səbəbindən 8 minə yaxın aviareys ləğv edilib 23 Yanvar 2016 02:00 Dünya ABŞ-da güclü qar yağışı səbəbindən 7,6 mindən çox aviareys ləğv edilib. Hava əlaqəsi bazar günündən tez bərpa olunmayacaq. CNN telekanalının məlumatına görə, pis hava şəraiti səbəbindən paytaxt və qonşu ştatların, o cümlədən Nyu-Yorkun aeroportları bağlanıb. Əlverişsiz hava şəraitinə görə on ştatda fövqəladə vəziyyət elan olunub. Ümumiliyyətlə, hökumət rəsmiləri 85 milyondan çox amerikalının siklonun təsirini hiss edəcəyini düşünür. Xatırladaq ki, dünən günorta saatlarında ABŞ-ın şərq sahilində güclü qış siklonu müşahidə olunub. Siklonun mərkəzi paytaxt regionu, eləcə də ətrafdakı ştatlar - Merilend, Virciniya və Pensilvaniya olub. ABŞ-ın paytaxtı və ətraf rayonlarda 8 saat dayanmadan qar yağışı qeydə alınıb. Sinoptiklər çovğunun şənbə günü axşama qədər davam edəcəyini proqnozlaşdırır. Teqlər : #ABŞda güclü qar yağışı səbəbindən 8 minə yaxın aviareys ləğv edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kanadada məktəbdə atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb Yunanıstan adaları yaxınlığında 15 cəsəd aşkar edilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO