ABŞ-da hər 5 ailədən 1-i qida ala bilmir

ABŞ-da hər 5 ailədən 1-i qida ala bilmir

ABŞ-da 5 ailənin 1-də yeni növ koronavirus səbəbiylə qida çatışmazlığı yaşadığı məlum olub.
 
Maide.Az xəbər verir ki, Brookinqs İnstitutu 20-28 aprel tarixlərində milli səviyyədə məlumat verərək, aprel ayında ev təsərrüfatlarının 20 faizindən çoxunun ərzaq çatışmazlığının olduğunu açıqlayıb.
 
Aparılan sorğuda ev təsərrüfatlarının bəzən və ya ümumiyyətlə ehtiyac olduqda yemək almağa pullarının olmadığı, buna görə də uşaqlarını düzgün bəsləyə bilmədikləri ortaya çıxıb.
 
Ev təsərrüfatlarında qida çatışmazlığının iki dəfə artdığı vurğulanan hesbatda, ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2018-ci ildə aparılan oxşar araşdırmada müvafiq nisbətin 11 faiz ətrafında olduğu qeyd edilib.
 
ABŞ-da Kovid-19 pandemiyasından bəri 7 həftə ərzində 33 milyon insan rekord sayda işsizlik müraciəti edib.
 
Səlahiyyətlilər işsizlik rəqəmlərinə ixtisasları olmayan vətəndaşların və ölkədə qanuni sənədləri olmayan milyonlarla miqrant işçinin daxil olmadığını vurğulayıb.

Google+ WhatsApp ok.ru