ABŞ-dakı etirazlarda ən az 5 nəfər həyatını itirib 01 İyun 2020 10:21 Dünya 4 mindən çox insan saxlanılıb Qaradərili Corc Floydun mayın 25-də Minneapolis şəhərində polis tərəfindən öldürülməsindən sonra ABŞ-da başlayan etiraz aksiyaları alovlanıb. Maide.Az xəbər verir ki, “Washington Post” qəzetinin məlumatına görə, aksiyalar zamanı polis və etirazçılar arasında baş vermiş qarşıdurmalarda ən azı beş nəfər ölüb. Amerika KİV-ləri həmçinin indiyədək etiraz aksiyaları müddətində təxminən 4 100 nəfər polis tərəfindən saxlayıb. Vaşinqton şəhərindəki etirazçılar Ağ Ev ətrafından kənarlaşdırıldıqdan sonra küçələrdə dükanları dağıtmağa və zibil qutularını yandırmağa başlayıb. Bundan başqa etirazçılar Vaşinqtonun mərkəzində yerləşən ofis və ticarət evlərini dağıdıblar. Los Angeles şəhərində iğtişaşlar və etirazların böyüməsindən sonra bu şəhərdə fövqəladə vəziyyət elan edilib. ABŞ mediasında yer alan məlumatlara görə, 25 şəhərdə hərbi vəziyyət elan edilib. Həmçinin ABŞ Milli Qvardiyasını ölkənin bir neçə ştatında şəhərlərə yeridilib. Aşağıda ABŞ-da baş verən etirazları canlı izləyə bilərsiz: Teqlər : #ABŞdakı,#etirazlarda,#ən,#nəfər,#həyatını,#itirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 1300-dən çox Amerikalı etirazçı həbs olunub Nikol Paşinyan və ailəsi koronavirusa yoluxub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO