ABŞ-dan yeni silah: Səs sürətini 5 dəfə üstələyəcək

ABŞ-dan yeni silah: Səs sürətini 5 dəfə üstələyəcək

BŞ müdafiə sənayesi şirkəti "Raytheon" səsdən sürətli (hipersonik) raketin konsepsiyasını təqdim edib.
 
Maide.Az Sputnik-ə isitnadla xəbər verir ki, bu barədə "Aviation Week" nəşri məlumat yayıb.
 
Şirkət iddia edir ki, raketin sürəti təxminən 5 Max (səs sürətindən beş dəfə çox – red.) olacaq.
 
"Raytheon"un vitse-prezidenti Tom Bassinq bu silahın oxşarının olmadığını deyib.
 
Son dövrlərdə ABŞ səsdən sürətli raketlərin yaradılması üzərində fəal olaraq çalışır. Belə ki, 2018-ci ildə amerikalı hərbçilər "ARRW" adlanan "hava-yer" sinfinə aid raketin yaradılmasına başlayıblar. Eyni zamanda ABŞ "HCSW" adlı raketin üzərində işləyir.
 
Hər iki raketin yaradılmasının təqribən bir milyard yarım dollara başa gələcəyi bildirilir.

Google+ WhatsApp ok.ru