ABŞ-da polislər evsiz adamı güllələdilər

Los-Ancelesdə Skid-Rou rayonunun mərkəzində polislər evsiz adamı güllələyiblər. O, saxlanılan zaman polislərə müqavimət göstərib, bu barədə The Los Angeles Times-da yazılıb.
 
Hadisə videokameralara çəkilib, hadisənin şahidləri videonu Facebook-da paylaşıblar. Videoda bir neçə hüquq-mühafizə əməkdaşının və evsiz adamın davası əks olunub, polislər müqavimət göstərən şəxsi yerə yıxıblar. Videoda açıq şəkildə beş atəş səsi eşidilir.
 
Hadisədən sonra evsiz adam odlu silah yaraları ilə xəstəxanaya çatdırılıb. Bir müddət sonra zərərçəkən həlak olub.
 
Nəşr qeyd edib ki, bir neçə saat ərzində videoya minlərlə sosial şəbəkə istifadəçisi baxıb.

Google+ WhatsApp ok.ru