ABŞ-da qardan ölənlərin sayı 48-ə çatdı

Maide.az "Assoşeytid Press"ə istinadən xəbər verir ki, ABŞ-da qar yağmasından ölənlərin sayı 48-ə çatıb. Əvvəl 41 nəfərin öldüyü bildirilirdi.
Bütün ölüm hadisələri yol qəzalarından, dəm qazından və küçədə qarın təmizlənməsi zamanı ürək tutmasından baş verib. Ölənlər Vaşinqton, Delavere, Kentukki, Merilend, Nyu-Cersi, Nyu-york, Cənubi və Şimali Karolina, Ohayo, Pensilvaniya, Tennessi və Virciniya ştatlarındandır.
Güclü qar yağışı 90 milyon vətəndaşı çətin duruma salıb. 11 ştatın hakimiyyəti fövqəladə vəziyyət elan edib. Vaşinqtonda ictimai nəqliyyat işini dayandırıb, Nyu-Yorkda isə avtomobillə küçəyə çıxmaq qadağan edilib. Vaşinqton, Nyu-Cersi və Nyu-York rəhbərliyi vətəndaşlara da küçəyə çıxamamağı tapşırıb.
Yerli medianın yazdığına görə, bəzi ştatlara 70 sm qalınlığında qar yağıb, 200 mindən çox ev işıqsız qalıb.

Google+ WhatsApp ok.ru