ABŞ-da seçkilər başlayıb

ABŞ-da seçkilər başlayıb

ABŞ-ın Nyu-Hempşir ştatının Diksvill-Notç qəsəbəsində səsvermə prosesinin başlaması ilə prezident seçkilərinə start verilib. Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.
 
Ötən əsrin 60-cı illərində yaranan ənənəyə əsasən, Diksvill-Notç ABŞ-ın digər bölgələrində səsvermə məntəqələrinin açılmasından əvvəl səs verməyə başlayır. Bu qəsəbədə səs verənlər orada fəaliyyət göstərən “Balsams” şirkətinin əməkdaşları olur.
 
Verilən məlumatlara görə, builki seçkilərdə Diksvill-Notç qəsəbəsində 7 seçici iştirak edir. /

Google+ WhatsApp ok.ru