ABŞ-da silahlı insidentlər davam edir

ABŞ-ın Florida ştatında silalı insident nəticəsində bir nəfər həlak olub.
 
Maide.az xəbər verir ki, Florida polisi bildirib: Florida ştatının Hialeah şəhərində yaşayış məhəlləsində baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, bir nəfə isə yaralanıb.
 
Cümə axşamı günü də Şimali Karolina ştatının Şarlotta şəhərində iaşə obyektində baş verən silahlı insidentdə bir nəfər həlak olmuşdur.
 
ABŞ son aylarda bəzi ştatlarda belə hadisələrin artmasının şahididir.
 
Amerikada ildə minlərlə nəfər odlu silahla öldürülür. Amerikada silahla əlaqədar insidentlərdə həlak olanların sayı orta hesabla inkişaf etmiş digər ölkələrdən 20 dəfə çoxdur./
 

Google+ WhatsApp ok.ru