ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

 ABŞ-ın Kolumbiya şəhərində (Kaliforniya ştatı) Cessna 310 tipli kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər ölüb.
 
İnsident təyyarə eniş edərkən baş verib. Yerə  çırpılandan sonra təyyarə yanıb.
 
Hadisə ilə əlaqədar ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli İdarəsi araşdırmalara başlayıb. /

Google+ WhatsApp ok.ru