ABŞ-da universitet şəhərciyində atışma olub, 1 nəfər ölüb

ABŞ-ın Baltimor şəhərində yerləşən Merilend Universitetinin şəhərciyində atışma baş verib.
 
Atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. 
 
Naməlum şəxs avtomobillə şəhərciyə daxil olaraq, odlu silahdan atəş açmağa başlayıb. Nəticədə bir nəfər aldığı güllə yarası nəticəsində hadisə yerindəcə keçinib, daha 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
 
Asayiş keşikçiləri ərazini mühasirəyə alıb.
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru