ABŞ-da valideyn səhlənkarlığı səbəbindən 6 il ərzində 800 uşaq ölüb

ABŞ-da valideyn zorakılığı və səhlənkarlığı səbəbindən 6 il ərzində 786 uşaq ölüb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press”-in  apardığı araşdırma nəticəsində məlum olub.

Qeyd edək ki, ötən gün “Assoşieyted Press”-in saytında jurnalistlərin ABŞ-da uşaqlara qarşı  valideyn zorakılığı və səhlənkarlığı barədə məruzə dərc olunub. Jurnalistlər 8 ay ərzində 2008-ci ildən bu vaxtadək açıq mənbələrdə dərc olunmuş müvafiq məlumatları araşdırıblar, sosial xidmətlərə, məhkəmələrə, Səhiyyə və Sosial Təminat Departamentinə, FTB və 50 ştatın hakimiyyət qurumlarına  sorğular göndəriblər.

Agentliyin məlumatına görə, ölənlərin əksəriyyətini 4 yaşadək uşaqlar  təşkil edib.
/
 

Google+ WhatsApp ok.ru