Türkiyədə 400 işçi özünü mədəndə həbs edərək etiraz etdi

Türkiyənin Zonquldağ vilayətində kömür mədənlərinin işçiləri tətil edirlər. Bu barədə cümə günü Trend “TRT Haber” telekanalına istinadən xəbər verir.

Onlar mədəndə çoxsaylı işçilərin ixtisarına etiraz edirlər.

400-dən artıq işçi mədənlərə enərək yerin altında işdən çıxarılanların geri qaytarılması tələbi ilə tətil edirlər.

İşdən qovulanların dəqiq sayı açıqlanmır.

Türkiyə ərazisində 740 kömür mədəni fəaliyyət göstərir. Həmin mədənlərdə 48 706 insan çalışır. /

Google+ WhatsApp ok.ru