ABŞ-da zavodda atışma nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb

ABŞ-ın Kanzas ştatının Xesston şəhərində yerləşən müəssisələrin birində atışma baş verib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, qazon biçən qurğuların istehsalı zavodunda çalışan fəhlələrdən biri həmkarlarına atəş açması nəticəsində azı 4 nəfər ölüb, 20-dək işçi yaralanıb.

Məlumata görə, atəş açan şəxs öldürülüb. Ölən və yaralananların sayı dəqiqləşdirilir. Hadisə yerinə çoxlu sayda polis cəlb olunub./   

Google+ WhatsApp ok.ru