ABŞ-la Gürcüstan təhlükəsizlik sazişi imzalayıb

ABŞ-la Gürcüstan təhlükəsizlik sazişi imzalayıb

Birləşmiş Ştatlar bildirir ki, Gürcüstanla təhlükəsizlik razılaşması imzalayıb. Bu razılaşma çərçivəsində iki ölkə kəşfiyyat məlumatlarını paylaşacaq, antiterror işlərini uzlaşdıracaq.
 
ABŞ dövlət katibi Rex Tillerson və Gürcüstanın baş naziri Giorgi Kvirikashvili razılaşmanı mayın 9-da Vaşinqtonda görüşdən öncə imzalayıblar.
 
«Bu saziş Birləşmiş Ştatlarla Gürcüstanın təhlükəsizlik əməkdaşlığında böyük hədəfdir», – Dövlət Departamenti bəyanatında bildirib.
 
Hazırda Gürcüstan Rusiyayla ərazi mübahisəsi yaşayır. Rusiya Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələrini dəstəkləyir.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru