ABŞ-ın 17 ştatı Trampı məhkəməyə verdi

ABŞ-ın 17 ştatı Trampı məhkəməyə verdi

-- 128 səhifəlik məhkəmə işində

ABŞ-ın 17 ştatı ölkəyə qeyri-qanuni yollarla daxil olan miqrantların uşaqlarını ailələrindən ayıran mübahisəli miqrant siyasəti səbəbilə Tramp rəhbərliyini məhkəməyə verib.
 
Maide.Az "deyerler.org" -a istinadən xəbər verir ki, Nyu York, Kaliforniya və Vaşinqton başda olmaqla 17 ştatın baş prokuroru prezident Trampın qanunsuz və amansız miqrant siyasətinə görə ABŞ rəhbərliyini məhkəməyə verib.
 
Sietl regional məhkəməsinə təqdim olunan 128 səhifəlik məhkəmə işində, Trampın miqrant siyasətinin ABŞ Konstitusiyasındakı bərabərlik hüququnu, federal sığınacaq və status hüquqlarını pozduğu qeyd edilib.
 
Nyu Yorkun prokuroru Barbara Andervud da yazılı bəyanatında belə qeyd edib: “Uşaqları valideynlərindən ayırmaq qeyri-insani, vicdansız və qanunsuzluqdur. Biz də bunu dayandırmaq üçün iddia qaldırırıq. Tramp rəhbərliyi uşaqları valideynlərindən ayıraraq, onları yüzlərlə kilometr uzağa göndərərək, bu uşaqlara çox böyük bir travmaya vurulur. Bizim ölkəmiz bu deyil. Tramp hakimiyyətinin konstitusiyaya və haqlarımıza zərbə vurmasına tamaşa edə bilmərik”.
 
ABŞ-ın prezidenti ölkə daxilindən və beynəlxalq ictimaiyyətdən gələn reaksiyalardan sonra ölkəyə qeyri-qanuni yollarla daxil olan miqrantların uşaqlarının valideynlərindən ayrılmasını qadağan edən bir fərman vermişdi.
 

Google+ WhatsApp ok.ru