ABŞ-ın ən böyük şəhərlərindən birində vəziyyət nəzarətdən çıxdı - VİDEO 07 İyul 2020 13:17 Xəbərlər Birləşmiş Ştatların ən böyük şəhərlərindən biri olan Atlantada fövqəladə vəziyyət elan olunub, şəhərə Milli Qvardiyanın əsgərləri yeridilib. REN TV xəbər verir ki, hökumətin qərarına səbəb artıq nəzarətdən çıxan və küçələrdə polislə silahlı qarşıdurmaya keçən anti-irqçi nümayişlərdir. Etiraz aksiyalarının digər fəal mərkəzi Arizona ştatının Finiks şəhərindədir. Aksiyalardan birində polislə toqquşmada qaradərili vətəndaşın ölməsindən sonra şəhərdə iğtişaşlar daha geniş vüsət alıb. Hüquq-mühafizə orqanları qaradərili aksiya iştirakçısının silahdan istifadə etdiyinə görə öldürüldüyünü iddia edirlər. Qeyd edək ki, ABŞ-da qaradərili Corc Floydun polislər tərəfindən öldürülməsindən sonra kütləvi iğtişaşlar başlayıb. /baku.tv/ Teqlər : #ABŞın,#ən,#böyük,#şəhərlərindən,#birində,#vəziyyət,#nəzarətdən,#çıxdı,#VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya ən müasir tankını xaricə satır Kürün qabağını kəsən bənd - Təfərrüat