ABŞ-ın büdcə kəsri rekord vurdu 12 Sentyabr 2020 13:07 Dünya Koronavirus pandemiyası fonunda ABŞ federal büdcə kəsirinin 2020-ci maliyyə ilinin ilk 11 ayı üçün 3 trilyon ABŞ dollarını keçməsi ilə rekord defisit qeydə alınıb. Maide.Az "BBC"yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin büdcə kəsrindən və 2009-cu il maliyyə böhranı dövründəki büdcə kəsrindən 2 dəfə çoxdur. Avqust ayı üçün büdcə kəsri 200 milyard ABŞ dolları olub. Bu rəqəm 2019-cu ilin avqust ayındakı kəsri ilə eynidir. Bununla yanaşı avqust ayının həftəsonu başlaması səbəbindən 55 milyard ABŞ dolları dəyərində müavinət ödəmələri iyul ayına keçirilib. Qeyd edək ki, bundan əvvəlki rekord göstərici 2009-cu ildə qeydə alınmışdı. Belə ki, 2009-cu ilin ilk 11 ayı üçün büdcə kəsri 1.37 trilyon dollar təşkil etmişdi. Teqlər : #ABŞın,#büdcə,#kəsri,#rekord,#vurdu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya açıqladı: Terrorçular kimyəvi hücuma hazırlaşır Belarusda 400 -dən çox etirazçı saxlanıldı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO