ABŞ-ın federal borcu 20 trilyon dolları keçdi

ABŞ-ın federal borcu 20 trilyon dolları keçdi

ABŞ  hökumətinin ümumi borcu 19,8 trilyon dollardan 20,1 trilyon dollara qalxıb. 
 
Maide.Az xəbər verir ki, Konqres İnformasiya mərkəzinin məlumatına görə, ABŞ Maliyyə Nazirliyi, federal hökumətin ümumi borcunun 19,8 trilyon dollardan 20,1 trilyon dollara yüksəldiyini açıqlayıb. 
 
İqtisadi analitiklərin sözlərinə görə, ABŞ hökumətinin borcunun 20 trilyon dollardan çox artması ölkənin maliyyə böhranının son göstəricisidir. Borc, ABŞ hökumətinin önümüzdəki on il ərzində 6 trilyon dollar faiz ödəməsinə səbəb olacaq.
 
Borcun artması və ABŞ-ın büdcə kəsiri ölkədəki iqtisadi vəziyyətin əsas narahatlıqlarından biridir. Prezident D.Trump vergi islahatları həyata keçirmək niyyətindədir və vergilərin azalması ilə  infrastruktur layihələrində minlərlə dollar sərmayə cəlb etməyi planlaşdırır.

 

Google+ WhatsApp ok.ru