ABŞ-ın Florida Ştatında ölüm qonaqlığı

Amerikanın Florida Ştatında  qonaqlıqda baş verən silahlı insident zamanı 3 nəfər ölüb və  4 yaralanıb.
Maide.az xəbər verir ki, hadisə şənbə günü ABŞ-ın Florida Ştatının Panama Siti şəhərində tələbələrin təşkil etdiyi  qonaqlıqda  baş verib. 
Deyvid Camixail Danilz adlı silahlı şəxs həbs olunaraq polis idarəsinə aparılıb. Alabama Universitetinin 3 tələbəsi də yaralılar arasındadır. 
Digər bir məlumata görə, ötən gün axşam saatlarında ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində fəaliyyət göstərən qocalar evində atışma olub. Polisin məlumatına görə, tapança ilə silahlanmış kişi əvvəlcə yoldaşına, daha sonra özünə atəş açıb. Onların 80 yaşı olduğu bildirilir. Xəstəxanaya yerləşdirilən kişinin vəziyyəti kritik, qadının isə orta-ağırdır.    
Qeyd edə ki, hər il Amerikada təqribən 30 min nəfər odlu silah vasitəsilə qətlə yetirilir.  Amerikada odlu silahla törədilən cinayətlər orta hesabla hər gün 87 nəfərin həyatına son qoyur./
 

Google+ WhatsApp ok.ru