ABŞ-ın hərbi helikopteri qəzaya uğrayıb

ABŞ Hərbi Hava Qüvvələrinin helikopteri Yaponiyanın Okinava adasının 30 kilometrliyində qəzaya uğrayaraq dənizə düşüb.
Bu haqda "RİA Novosti" məlumat yayıb.
Hadisə ABŞ-ın Hərbi Hava Qüvvələrinin Naqo şəhərinin şərqində yerləşən bazasında baş verib.
Məlumata görə, helikopterin göyərtəsində 5-8 nəfər olub. Onların taleyi barədə məlumat verilməyib. 
Sahil-gözətçi xidmətinin əməkdaşları axtarış-xilasetmə əməliyyatı keçirməyə başlayıb. 

Google+ WhatsApp ok.ru