ABŞ-ın Luiziana ştatında daşqın nəticəsində 11 nəfər ölüb

ABŞ-ın Luiziana ştatında daşqın nəticəsində 11 nəfər ölüb

 
ABŞ-ın Luiziana ştatında daşqın nəticəsində ölənlərin sayı 11-ə çatıb.
 
APA-nın “RİA Novosti”yə istinadə verdiyi xəbərə görə, bu barədə ştatın səhiyyə departamentinin məlumatında bildirilir.
 
Məlumata görə, qurbanlardan beşi İst-Baton-Ruj dairəsində, üçü – Tanjipaxoa, ikisi  Seynt Helen, 1 nəfəri isə Rapids dairəsində ölüb.   
 
Təbii fəlakətin tüğyan etdiyi ərazidən 30 min nəfər təxliyə edilib, 40 minədək evin uçduğu bildirilir.  /

Google+ WhatsApp ok.ru