ABŞ-ın məşhur qəzeti Türkiyəni sərt şəkildə tənqid etdi

`Türkiyə xarici cihadçıların öz ərazisindən Suriya və İraqa keçməsinə göz yumub; Ankara artıq ABŞ-ın müttəfiqi deyil`

ABŞ-ın  “Wall Street Journal” qəzeti Türkiyənin İŞİD terror qruplaşması ilə bağlı siyasəti və Vaşinqtonun liderliyi ilə yaradılan koalisiyadakı mövqeyini qiymətləndirib. 
 
Amerikan nəşri Türkiyənin sərt bir dillə tənqid edib. “WSJ redaktorları” imzası ilə qəzetin internet saytında həm ingilis, həm də türk dilində dərc olunan yazıda başlığı da son dərəcə maraq doğurur: “Ankara artıq ABŞ-ın müttəfiqi deyil”.
 
Qəzet yazır ki, Ankara hər hansı bir hərbi əməliyyatlarda hücum etməməsi ilə yanaşı, Suriya sərhədinin 160 kilometrliyində yerləşən İncilik bazasından terrorçulara qarşı hava hücumların tənzimləməsi üçün istifadəsinə icazə verməyəcək. Hesab olunur ki, bu vəziyyət illərlə davam edəcəyi gözlənilən bir əməliyyat öncəsi Pentaqonun qarşısına müəyyən problemlər çıxarır. 
 
“Türkiyə 2003-cü ildə də öz ərazisindən İraqa qarşı hava hücumları təşkil etməsinə icazə verməmiş və ABŞ başqa yollar axtarmağa məcbur olmuşdu. Əlbəttə ki, ABŞ ordusu hava hücumlarını təşkil etmək üçün başqa yollar tapacaq. Amma Türkiyənin yeri başqadır. Türkiyənin İraq və Suriya ilə olan quru sərhədinin uzunluğu təxminən 1200 kilometrdir. Bu isə Türkiyənin İŞİD-ə mübarizədə yalnız simvolik deyil, bundan daha çoxunu verə biləcəyi anlamına gəlir. Ancaq Türkiyənin gəldiyi nəticə təəssüf doğurur”, - deyə “WSJ redaktorları” yazır.
 
ABŞ nəşri həmçinin qeyd edir ki, Türkiyə xarici cihadçıların öz ərazisindən Suriya və İraqa keçməsinə göz yumub: “Ərdoğan hökumətinin Qəzzada Həmasa, Misirdə isə “Müsəlman Qardaşları” Təşkilatına verdiyi dəstək deməyə əsas verir ki, Türkiyə öhdəçiliklərini yerinə yetirmir. İŞİD türk diplomatları və ailələrini Mosulda girov saxlaya bilər, ancaq vətəndaşları əsir düşən yeganə ölkə Türkiyə deyil. Ankara eyni zamanda İŞİD-in düşmənlərinə göndəriləcək silahların PKK terror təşkilatının əlinə keçməsindən qorxur. Ancaq bu İncirlik hərbi bazasının ABŞ-ın hərbi əməliyyatları üçün bağlanılması üçün səbəb ola bilməz. Belə b ir vəziyyətdə isə ABŞ İŞİD-ə qarşı mübarizədə daha yaxşı regional müttəfiq tapmalıdır. Gözlənildiyi kimi, Səudiyyə Ərəbistanı  və digər ərəb dövlətləri koalisiyaya qoşulsalar da ictimaiyyət istəksiz görünür. Bağdadın yeni hökumətin isə ordunu nə vaxt ayağa qaldıracağı məlum deyil”.

Google+ WhatsApp ok.ru