ABŞ-ın Parisdəki səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırıldı

Almaniya kansleri Anqela Merkeli 2013-cü ildə dinləyən ABŞ Milli Təhlükəsizlik İdarəsi (NSA) 2006-2012 illər ərzində Fransa prezidenti Jak Şirak, Nikola Sarkozi və Fransua Ollandı dinlədiyi məlum olub.
 
Deyerler.org-un NTV-yə istinadən verdiyi xəbərə görə, Wikileaks-in yaydığı sənədlərdən sonra Fransa Müdafiə Şurasını təcili toplantıya çağıran prezident Fransua Olland ABŞ-ın bu cür casusluq fəaliyyətlərinin qəbul edilməz olduğunu bildirib.
Olland nazirlər və ordudakı yüksək vəzifəli komandirlərlə görüş zamanı Yelisey Sarayından yazılı açıqlama verib. "Fransa təhlükəsizliyini və maraqlarını hədələyən heç bir fəaliyyətə dözümlülük nümayiş etməyəcəyik".
 
 
Digər tərəfdən Fransa xarici işlər naziri Laurent Fabius da ABŞ-ın Parisdəki səfirini NSA-nın dinləmə hadisəsinin üzə çıxmasından sonra nazirliyə çağırıb. Fabiusun Wikileaks sənədləri ilə bağlı ABŞ səfirindən izahat tələb edəcəyi bildirilib.
Wikileaks-in yaydığı sənədlərə əsasən, NSA 3 prezidenti 2006-2012 illər ərzində elektron təqib etməyə başlayıb. Təkcə Fransa prezidentləri deyil, Yelisey Sarayında vəzifəsini icra edən xeyli sayda nazir, bürokrat və diplomat da dinlənilib./

Google+ WhatsApp ok.ru