ABŞ-ın qaçqın qəbulu limiti rekord həddə azaldılıb - 18 min nəfər

ABŞ-ın qaçqın qəbulu limiti rekord həddə azaldılıb - 18 min nəfər

Amerika Birləşmiş Ştatları (ABŞ) sığınacaq verəcəyi qaçqınların sayını təxminən yarıbayarı azaldacağını bəyan edib.
 
ABŞ Dövlət Departamenti növbəti 12 ay ərzində hökumətin qaçqın proqramı çərçivəsində 18 min insanın qəbul ediləcəyini bildirib - bu, rekord həddə azaldılma hesab olunur.
 
Qaçqınları qəbul edərkən, əsasən, ABŞ ordusuna kömək edən iraqlılara və təqib olunan dini azlıqlara üstünlük veriləcək.
 
İnsan hüquq müdafiəçiləri bu addımı pisləyiblər.
 
Bundan əvvəl ən aşağı qəbul rəqəmi 2002-ci ildə 11 sentyabr hücumlarından sonra olub, o zaman təxminən 27 min qaçqın ABŞ-a buraxılıb.
 
Beynəlxalq yardım təşkilatları xəbərdarlığı çox tez tənqid ediblər. /bbc
 

Google+ WhatsApp ok.ru