ABŞ-ın İsraillə bağlı 28 il gizli saxladığı hesabatı

ABŞ Müdafiə Nazirliyi ötən ayın əvvəllərində İsrailin nüvə fəaliyyəti ilə bağlı apardığı işlərin nəticəsini göstərən bir hesabat dərc edib.
 
Hesabatın yayılmasından bir ay keçsə də, hələ də dünya mediası buna reaksiya verməyib.  Dünya mediasının bu hesabata bir reaksiyaya verməməsinə səbəb kimi yəhudi lobbisinin təzyiqi göstərilir.
 
Pentaqon İsrail rejiminin nüvə fəaliyyətlərinin bir hissəsini ifşa edib. İsrail hidrogen bombası hazırlamaq üçün bəzi addımlar atıb. Hesabatda göstərilir ki, İsrail 1980-ci ildən bu yana kimi nüvə silahı istehsal edəcək səviyyəyə çatıb.
 
386 səhifə olan hesabat 1987-ci ilin aprel ayında hazır olub və Pentaqon rəsmilərinə təqdim edilib. Hesabat 28 il boyunca gizli saxlanılıb. Ancaq Ağ Evlə İsrail Baş naziri Binyamin Netanyahu arasında gərginliyin artmasından sonra hesabat yayımlanıb. axar /
 

Google+ WhatsApp ok.ru