ABŞ-ın Yəməndəki səfirliyi boşaldılıb

ABŞ Dövlət Departamenti  Yəməndə təhlükəsizlik durum qarışıq olduğu üçün , bu ölkədəki səfirliyinin bütün işçilərini köçürüldüyünü elan edib. 
Maide.az xəbər verir ki,  ABŞ Dövlət Departamenti yayımladığı bəyanatda bildirir ki,  təhlükəsizlik məsələlərinə  görə, 142 nəfərin həlak olması ilə nəticələnmiş son Səna partlayışlarından sonra  Yəməndəki səfirliyini boşaldıb və bütün işçilər köçürülüb.
ABŞ Dövlət Departamentinin sözçüsü Cef Psaki bu qərarın Yəmənin istefa vermiş prezidenti Əbdrəbə Mənsur Hadinin xəbəri ilə icra olunduğunu deyərək, bildirib ki, Amerika Yəmən mənşəli terror hədələrinə fəal nəzarəti davam etdirir. Amerika həmçinin bu gün özünün bütün hərbi qüvvələrini Yəməndən çıxarıb.
Deyilənlərə görə, BMT TŞ bu gün axşam Yəmənin durumunu araşdırmaq üçün fövqəladə iclas keçirəcək./
 

Google+ WhatsApp ok.ru