ABŞ-dan Rusiyaya əzələ nümayişi

ABŞ ordusuna aid hərbi zirehli kortec “Tapa” hərbi bazasından yola çıxıb

Amerika əzəli rəqibi Rusiyaya gücünü nümayiş etdirmək və Şərqi Avropadakı müttəfiqlərinə dəstək vermək üçün işə başlayıb.
 
ANS PRESS-in məlumatına görə, ABŞ ordusuna aid hərbi zirehli texnikadan ibarət kortec Estoniyada olan “Tapa” hərbi bazasından yola çıxıb. 
 
Hərbi kotecin Estoniya, Latviya, Litva, Polşa, Çexiya və Almaniyanı əhatə edən 1 800 kilometrlik “Əjdaha yürüşü” adlı tura çıxdığı bildirilir. 
 
“Əjdaha yürüşü” korteci keçdiyi yerlərdə ölkə rəsmiləri ilə görüşəcək, həmçinin kortec mülki əhalinin ziyarət etməsi üçün də açıq olacaq. 
 
1 800 kilometrlik yürüşün Almaniyanın Filzek şəhərində başa çatacağı bildirilir. 
 
Bundan başqa həmin yürüş çərçivəsində ABŞ hərbi donanmasına aid 14 ədəd “F-16” qırıcısının aprel ayında Estoniyanın paytaxtı Tallinə göndəriləcəyi qeyd edilib. /

Google+ WhatsApp ok.ru