ABŞ-ı qorxuya salan yeni Snouden kimdir?

ABŞ-ı qorxuya salan yeni Snouden kimdir?

Eduard İosif Snouden amerikalı kompyuter mütəxəssisi, CİA və NSA üçün işləyib. Amerika Birləşmiş Ştatlarının və Britaniya hökumətinin bir neçə gizli kütləvi nəzarət proqramlarının detallarını mətbuata ötürüb. İndi siə NSA-nın daha bir mütəxəssisinin yeni gizli məlumatlara sahib olduğu ortaya çıxıb. 
 
Maide.Az xəbər verir ki, ABŞ hökumətinin vəkili tərəfindən verilən açıqlamada, ABŞ Milli Təhlükəsizlik Agentliyində (NSA) çalışan Harold Tomas Martin adlı agentin, 20 ildən bəri saysız-hesabsız NSA arxivini gizlincə ələ keçirərək saxladığı vurğulanıb.
 
Martinin şəxsi arxivində, NSA məxsus, fərqli mənbələrdən əldə olunmuş 50 TB məlumat var. Bu göstəricilərin nə qədərinin gizli statusda olduğu isə bilinmir.
 
Onun vəkili isə müvəkkilinin ABŞ-a xəyanət etdiyinə dair dəlil olmadığını müdafiə edərək bu hadisənin Edvard Snouden hadisə ilə müqayisə olunmamasını istəyib.
 
Ancaq 51 yaşlı agentin şəxsi arxivində saxladığı sənədlərdən, altısının son dərəcə gizli dövlət sənədləri olduğu məlum olub.
 
Martinin eyni zamanda, Edvard Snoudenin də əməkdaşı olduğu eyni podratçı firma tərəfindən tapşırılmış casus olduğu da diqqət çəkib.
 
Hökumət rəsmiləri indi Martinin bu sənədləri niyə yığdığını öyrənməyə çalışır. Şübhələrdən ilki Martinin sənədləri başqa dövlətlərə sataraq qazanc əldə etmək istəməsidir. (shiftdelete)
 

Google+ WhatsApp ok.ru