ABŞ Əfqanıstandan çıxardığı texnikanın Azərbaycana satmır

14 ilə yaxın Azərbaycan Respublikası hərbi strukturunun ABŞ-ın Əfqanistanda apardığı hərbi əməliiyatına xidmətlərinə baxmayaraq, ABŞ hökuməti Əfqanıstandan çıxardığı texnikanın Azərbaycana satışına razılıq verməyib.
 
Məlumata görə, Azərbaycanın bir müddət əvvəl ABŞ-ın Əfqanıstandan çıxardığı “Cougar” və HMMWV (Yüksək Hərəkət Qabiliyyətli Çoxtəyinatlı Nəqliyyat Vasitəsi) hərbi nəqliyyat vasitələrinin alınması ilə bağlı müraciətinə ABŞ tərəfindən mənfi cavab verilib.
 
Adıçəkilən nəqliyyat vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılan sülhməramlı briqadasının inventarına daxil ediləcəyi gözlənilsə də, ABŞ tərəfi bu maşınları Azərbaycana satmaqdan imtina edib. Qarşı tərəf bu addımı münaqişəli ölkələrə silah və hərbi texnika satışına rəsmi Vaşinqtonun embarqosu ilə əlaqələndirib.
 
Qeyd edək ki, bir il öncə ABŞ-ın Əfqanıstandan çıxardığı qoşunlarının inventarında yer alan hərbi texnikanın böyük qisminin satışa çıxarılacağı və satış zamanı sülhyaratma əməliyyatlarında aktiv iştirak edən dövlətlərə önəm veriləcəyi açıqlanmışdı.
 
Münaqişələri əsas gətirib münaqişəli ölkələrə silah və hərbi texnika satmayan ABŞ son illərdə Gürcüstana 10-dan artıq “Cougar” və 100-ə yaxın HMMWV tipli maşın bağışlayıb.

Google+ WhatsApp ok.ru