ABŞ Əfqanıstandan uran oğurlayır

ABŞ Əfqanıstandan uran oğurlayır

Əfqanıstan siyasətçiləri hesab edir ki, ABŞ ölkənin cənubundakı Helmand bölgəsinin Hanaşin yaşayış ərazisində yerləşən mədənlərdən uran və digər qiymətli metal və yeraltı sərvətləri çıxarıb, qaçaq yollarla ölkə xaricinə daşıyır.
 
 NASA-nın məlumatlarına görə, Əfqanıstanın Hanaşin bölgəsində ümumi dəyəri 81,2 milyard dollar olaraq təxmin edilən mis, dəmir və digər metal mədənləri yerləşir. Digər bir uran mədəni də Parvan bölgəsindəki Ferenjel yaşayış ərazisində yerləşir.
 
Helmandı təmsil edən parlamentarilər Hanaşindən ABŞ təyyarələri ilə uran qaçaqmalçılığı edildiyinə dair bir çox dəlil olduğunu açıqlayıb. Əfqanıstanlı deputatlar ABŞ-ın uran yataqlarının yanında hərbi baza qurduqlarını və uranın o baza üzərindən ölkə xaricinə çıxardığını irəli sürüb.
 
Çox böyük tiryək plantasiyalarının da yerləşdiyi Hanaşində, həmçinin tiryək ticarəti də həyata keçirilir. Bu ərazilərin böyük bir hissəsinə nəzarət edə bilməyən Əfqanıstan hökuməti isə prosesə heç bir formada müdaxilə edə bilmir.
 
Sputnik-ə danışan yerli sakinlərdən bəziləri də, amerikalı əsgərlərin gecələr əvvəl yük maşınıları ilə, sonra da çox böyük təyyarələrlə mədənlərdən uran daşıdıqlarını təsdiqləyib: "Onlar (amerikalılar) təhlükəsizlik səbəbilə burada olduqlarını qeyd edirlər və bunu, məşğul olduqları qəsb və oğurluğu gizlətmək üçün istifadə edirlər". (deyerler.org)
 

Google+ WhatsApp ok.ru