Abadi: “Fəllücə döyüşləri bitdi”

Abadi: “Fəllücə döyüşləri bitdi”

Maide.Az xəbər verir ki, İraq qüvvələri İŞİD silahlı terror qruplaşmasının əlində olan Fəllucə şəhərində son rayonu da ələ keçirib. Baş nazir Heydər əl-Abadi iyunun 26-da Fəllücəyə gələrək elan edib ki, şəhər alınıb və sakinləri bunu bayram etməyə çağırıb.
 
“İraqlıları olduqları yerlərdən çıxıb bayram etməyə səsləyirəm”, Abadi Fəllucə şəhər xəstəxanası qarşısında, boynuna İraq bayrağı dolamış vəziyyətdə dayanaraq Iraqiya dövlət televiziyasına deyib. O, əlavə edib ki, “tezliklə İraq bayrağını Mosulda da qaldıracağıq”.
 
İraqın ikinci böyük şəhəri olan Mosul da İŞİD-in nəzarətindədir.
 
Fəllucə Abadi-nin gəlişindən bir neçə saat öncə alınıb.  
 
“Mərkəzi Golan rayonundan elan edirik ki, burası antiterror xidməti tərəfindən təmizlənib və İraq xalqına bu yaxşı xəbəri çatdırırıq ki, Fəllucə döyüşü bitib”, general leytenant Əbdul Vəhhab əl-Səidi dövlət televiziyasına deyib.

Google+ WhatsApp ok.ru