ABŞ bayrağı 54 ildən sonra Kubadakı səfirlik üzərində dalğalandı

Amerika Birləşmiş Ştatlarının Kubada 54 il bundan əvvəl bağlanmış səfirliyi iki ölkə arasında istiləşən münasibətlərin əsnasında yenidən açılıb.
 
Havanada keçirilən açılış mərasimində dövlət katibi Cohn Kerri iştirak edib. Bu, ABŞ dövlət katibinin son 70 ildə Kuba adasına ilk səfəridir.
 
Amerika bayrağını, onu 1961-ci ildə endirmiş ABŞ dəniz piyadaları, yenidən qaldırılmaq üçün gənc əsgərlərə təqdim ediblər.
 
Kuba özünün Vaşinqtondakı səfirlyini ötən ay açıb, lakin buna baxmayaraq keçmiş Kuba lideri Fidel Castro Amerikanı onun ölkəsi üzərindəki embarqonu qaldırmadığına görə tənqid edib.
 
Ötən cümə axşamı yazdığı açıq məktubda cənab Castro bildirib ki, ABŞ 53 illik embarqoya görə Kubaya milyonlıarla dollar borcludur.
 
Məktubda ABŞ səfirliyinin təkrar açılması məsələsinə toxunulmayıb.
 
Bu məktib "Granma" qəzetində Kuba inqilabı liderinin 89 yaşının tamam olması münasibətilə dərc edilib.

Google+ WhatsApp ok.ru