Abdullah Gülün cangüdəni terror nəticəsində öldürülüb

Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı İğdır əyalətinin Dilucu sərhəd qapısında xidməti vəzifəsini icra etməyə gedən gömrük işçilərinin təhlükəsizliyini təmin edən polis əməkdaşlarını daşıyan mikroavtobusun minaya düşməsi nəticəsində şəhid olan 14 polisdən biri ölkənin 11-ci prezidenti Abdullah Gülün yaxın cangüdəni Fehmi Şahindir.
Bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Xatırladaq ki, bu gün polislərin olduğu mikoravtobus Həsənxan kəndində PKK terrorçularının qabaqcadan yola döşədiyi minaya düşüb. Hadisə nəticəsində əvvəlcə 10 polisin öldüyü bildirilmişdi. Sonradan sayın 14 olduğu açıqlanıb.

Google+ WhatsApp ok.ru