Abdulvahab Salamzadə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bu gün Abdulvahab Salamzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti bir-neçə saatlıq məhdudlaşdırılacaq.
 
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən günorta saat 12:00-dan axşam saat 17:00-dək tətbiq ediləcək.
 
Aparılan işlərlə əlaqədar göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Google+ WhatsApp ok.ru