ABŞ Dövlət Departamenti Türkiyə ilə münasibətlərdə fikir ayrılığının olduğunu inkar edir

ABŞ Dövlət Departamenti Vaşinqton və Ankara arasında Amerika mətbuatının iddia etdiyi fikir ayrılığının olduğunu inkar edir.
 
Bu barədə  ABŞ Dövlət Departamentinin  nümayəndəsi Cen Psaki bildirib.
 
“Oxuduqlarınızın hamısına inanmayın, çünki Türkiyə nəinki NATO-nun mühüm müttəfiqidir, o, həmçinin, “İŞİD”-i zəiflədərək məhv etmək səylərimizdə əsas tərəfdaşımızdır”, deyə Psaki  Washington Post nəşrinin “İŞİD”-ə qarşı əməliyyat məsələsində  Vaşinqton və Ankara arasında ciddi fikir ayrılığının olması  barədə məqaləsini şərh edərkən qeyd edib.
 
Onun sözlərinə görə,  Vaşinqton Ankara ilə “İŞİD”-ə qarşı əlavə addımların atılması barədə aktiv dialoq aparır. 

Google+ WhatsApp ok.ru