ABŞ dövlət katibi Kerri: Çox narahatıq

ABŞ dövlət katibi Con Kerri Türkiyənin hava məkanını pozan Rusiya təyyarələrini vurmaq ehtimalının olduğunu bildirərək, "Bu barədə çox narahatıq. Bu, xəbərdarlıq etdiyimiz növdən olan bir məsələdir", - deyib.
 
Maide.az xəbər verir ki, Çilidə bir konfransa qatılan Kerri, jurnalistlərə açıqlamasında, Rusiyanın beynəlxalq standartlara uyğun şəkildə davranma öhdəliyi olduğunu deyib.
 
Xatırladaq ki, Rusiyaya aid bir döyüş təyyarəsi 3 oktyabr şənbə saat 12.08-də Hatay vilayətinin Yayladağı bölgəsinin cənubunda Türkiyə hava sahəsinə girmişdi.

Google+ WhatsApp ok.ru