Abşeronda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Abşeron rayonunda ağır yol qəzası baş verib.
 
Maide.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə fevralın 27-də saat 01.00 radələrində qeydə alınıb. Bakı şəhər sakini Ziyafət İbadov idarə etdiyi “Opel” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə maşında olan sərnişinlərdən Xırdalan şəhər sakini İdris Səfərəliyev hadisə yerində dünyasını dəyişib, sürücü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru