Abşeronda avtomobil ana və oğulu vuraraq öldürdü

Abşeron rayonunda ana və oğlu ağır qəzanın qurbanı olub.
 
Maide.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 26-da saat 18 radələrində Sulutəpə qəsəbəsində Gədəbəy rayon sakini Anar Əsgərov idarə etdiyi “Daevoo” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Vüsalə Qəmbərovanı və onun oğlu Vaqifi vurub. Xəstəxanaya yerləşdirilən V.Qəmbərova və Vaqif orada ölüb.
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru