Abşeronda keçmiş məhkum `Pay point` aparatı oğurladı- (Foto)

 Maide.az-ın məlumatına görə, bu barədə "Report"a Abşeron Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Məlumata görə, Abşeron ərazisində yerləşən mağazalardan birinə daxil olan şəxs kassadan 60 manat pul götürüb. Amma naməlum oğru mağazanı tərk edən zaman orada quraşdırılan "Pay point" aparatını da sökərək özü ilə aparıb. O, aparatı "Vaz 21011" markalı avtomaşına qoyaraq ərazidən uzaqlaşıb.

Abşeron RPŞ əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı oğurluq edən Hümbətov Rəhman Hidayət oğlu saxlanılıb. O, etdiyi cinayəti etiraf edib. Qeyd edək ki, R.Hümbətov "Pay point" aparatını oğurlayandan sonra onu yararsız hala salaraq içərisində olan 1 588 manat pulu da mənimsəyib.

Əvvəllər də oğurluq etdiyi üçün bir dəfə məhkum olunan R.Hümbətov barəsində Abşeron RPŞ-də cinayət işi başlanılıb, istintaq davam edir.

 

Google+ WhatsApp ok.ru