ABŞ hərbi təyyarəsindən qəza enişi: 1 ölü, 21 yaralı

Amerikanın MV-22 Osprey ВВС təyyarəsi Havaya adalarındakı Bellouz hərbi bazasına sərt eniş edib.
 
Hadisə nəticəsində 1 nəfər həlak olub, 21 nəfər xəsarət alıb. Onların hamısı dəniz piyadalarıdır. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıb. Yaralıların bəzilərinin vəziyyəti ağırdır.
 
Dəniz piyadalarının Havay adalarına həftəlik hazırlıq keçmək üçün göndərildiyi bildirilir. Qəzanın səbəbləri hələ ki, məlum deyil./

Google+ WhatsApp ok.ru