ABŞ hərbi kəşfiyyatının keçmiş rəisi: `Tarix bizi İraqa görə cəzalandıracaq`

"İraqa hərbi müdaxilə ciddi cəzası olan çox böyük səhvdir".
Maide.az RİA-ya istinadən xəbər verir ki, ABŞ hərbi kəşfiyyatının keçmiş rəhbəri general-leytenant Maykl Flin belə bir etiraf bəyanatı ilə çıxış edib. 
"Əgər Amerika İraqa müdaxilə etməsəydi, terrorçu İŞİD qruplaşması da meydana gəlməzdi. Səddam Hüseyn nə qədər zalım olsa da, onu belə məhv etmək doğru deyildi. Eyni ilə Liviyada Qəzzafiyə də olan yanaşma doğru deyildi, indi hələ də orada dövləti bərpa etmək mümkün olmur. Ən böyük tarixi ibrət isə bundan ibarətdir ki, İraq müdaxiləsi inanılmaz yanlış qərardır. Tarix bizi buna görə bağışlamamalıdır və bağışlamayacaq da", - deyə M.Flin bildirib.
 
M.Flin 2004-2007-ci illərdə  Əfqanıstan və İraqda işğalçı koalisiya qüvvələrinin kəşfiyyat xidmətinin rəisi olub, xüsusi əməliyyatlara rəhbərlik edib. /

Google+ WhatsApp ok.ru