ABŞ hökuməti qaradərililəri susdurmaq üçün Daxili Qoşunlardan istifadə edəcək

ABŞ-ın Missuri ştatında ötən gecə baş vermiş kütləvi iğtişaşların və onların törətdiyi yanğın və dağıntıların dayandırılması məqsədilə Ferqusson şəhərinə əlavə olaraq 2000 əsgəri qüvvə yeridilir.
 
İşğtişaşlar burada məhkəmə münsifləri kollegiyasının (grand jury) yeniyetmə Michael Brownnu öldürmüş polis zabiti Darren Wilsonnun polis təlimatına və qanunçuluğa uyğun hərəkət etdiyi və ölümdə məsuliyyət daşımadığı barədə hökmünə etiraz olaraq başlanıb.
 
Missuri ştatının qubernatoru Jay Nixon bildirib ki, Ferqussonda ötən gün baş vermiş zorakılıqlar davam edə bilməz.
 
Qubernatorun əraziyə əsgəri qüvvə gətirilməsi barədə qərarından az əvvəl Ferqusson şəhərinin meri James Knowles onu astagəllikdə ittiham etmişdi.
 
Mer bildirib ki, “ən pis ssenari”yə hazır olmaq lazımdır. O ABŞ-da daxili qoşun növü sayılan Milli Qvardiya əsgərlərinin etiraz rayonlarına vaxtında göndərilməməsini kəskin tənqid edib.
 
Knowles deyib ki, ordu hissələrinin gecikdirilməsi etirazçıların yerli biznesə və şəxsi mülkiyyətə dağıdıcı ziyan vurmasına səbəb olub.
 
Xəbər verilir ki, bazar ertəsi gecə baş vermiş zorakı etirazların nəticəsində onlarca şirkət və müəssisənin binası, habelə iki polis maşını yandırılıb.
 
Missuri qubernatoru burada fövqəladə vəziyyəti hələ noyabrın 17-dən elan etmişdi, lakin polisin yeniyetməni vurması ilə bağlı məhkəmə münsiflərinin hökm verməsini gözləyirdi.
 
Ferqysson şəhərinin meri israr edir ki, daxili qoşunlar qərar elan olunmazdan əvvəl yeridilməliydi.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru