ABŞ konqresmenləri piket keçiriblər

ABŞ konqresmenləri piket keçiriblər

Amerika Konqresinin Nümayəndələr Palatasının demokrat üzvlərindən bir qrupu bu ölkədə silah daşınması qanuna etiraz olaraq, Nümayəndələr Palatasında yerə oturub və piket keçiribdir.
 
CNN xəbər verir: Demokrat nümayəndələr dünən öz piketləri ilə Amerikada odlu silaha nəzarət qanununun islahı və daha da çətinləşdirilməsini istəyiblər.
 
Bu məlumata görə, demokrat nümayəndələrin bu hərəkətilə üzləşən Amerika Konqresinin Nümayəndələr Palatasının sədri Pol Rayan tənəffüs elan edib və nəticədə əsasnaməyə uyğun olaraq, Nümayəndələr Palatasının kameraları söndürülüb.
 
Piketçi nümayəndələr məsul şəxslərin kameraları söndürdüklərini bildikdən sonra öz şəxsi mobil telefonlarının kameraları və sosial şəbəkələr vasitəsilə Amerika Konqresinin Nümayəndələr Palatasındakı oturaq piketin təsvirlərini yayıblar.
 
Amerika vətəndaşları dünyada hər bir ölkədən daha çox silaha malikdirlər; hər bir amerikalı üçün bir silah mövcuddur.
 

Google+ WhatsApp ok.ru