ABŞ ordusunda hicaba icazə verilib

ABŞ ordusunda hicaba icazə verilib

Yeni qaydalar orduya müsəlmanların cəlb edilməsinə xidmət göstərir
 
ABŞ ordusunda yeni xarici görünüş standartları dərc edilib. Standartlara uygun olaraq, dini baxışlara uygun olaraq müsəlman hərbçi kişilər rəngli əmmamə, qadınlar isə hicab geyinə bilərlər.
 
Bu barədə "Report" "The Independent"ə istinadən xəbər verir.
 
ABŞ-ın ordu naziri Erik Fenniqin sözlərinə görə, yeni qaydalar orduya müsəlmanların cəlb edilməsinə xidmət göstərir.
 
Bildirilir ki, baş geyimlərin rəngi hərbi geyim rəngindən seçilməməlidir. Yeni qaydalara əsasən, hərbçi kişilərə həmçinin saqqal saxlamağa icazə verilir, lakin onun uzunluğu təqribən 5 sm-i keçməməlidir. /

Google+ WhatsApp ok.ru