ABŞ patrulu Fars Körfəzində İran gəmisinə atəş açıb

Amerika Müdafiə Nazirliyi çərşənbə axşamı elan edib ki,  Amerika dəniz qüvvələrinin  patrul qayığının Fars Körfəzində İrana məxsus balıqçı gəmisi ilə üz-üzə gəlib, ABŞ patrol qayığı İran gəmisinə tərəf atəş açıb, lakin məlum deyil ki, bu atəş İran gəmisinə zərər vurub, yoxsa yox.
Maide.az-ın İranın MEHR agentliyinə istinadən məlumatına görə, Pentaqon iddia edir ki, İran gəmisinə tərəf atəşin açılması özünü  müdafiə məqsədi ilə açılıb və İran tərəfi ondan öncə amerikan qayıqlarını  hədəfə alııb.
Amerika Müdafiə Nazirliyinin sözçüsü  Con Kerbi də hadisəyə reaksiya verib və deyib ki, Amerikanın sahil qvardiyası iranlı balıqçı gəmisinə tərəf atəş açıb.
Hələlik bu hadisə ilə bağlı əlavə məlumat verilməyib. İran tərəfi hadisəyə reaksiya bildirməyib./


 

Google+ WhatsApp ok.ru